Mən ulduz olmaq istədim mənə dedilər hit yazasan gərək ona görə götürüb kağızı, qələmi başlayıram nə olar, olar görək Yazacam bir az oynaq mahnı ki, banketə, toya məni cağıran olsun yazacam maşın, qız, pul mövzüsunda dinləyəcilərim varlılar olsun yazacam Bakı gözəl şəhər yazacam inkişafımızdan, yazacam simsim, pepsi yadaki səba toyuqları sponsorum olsun yazacam rep sintez muğamla, meyxana jazzla, kamalla sazla kliplər, qızlar, kirayə paltar verliş, maqazin qalmaqallar yazacam 50 cent kimi, yazacam olmayan tapancamnan yazacam feat duet kimi, sevgidən, hansısa əxlaqsıznan əlini sıxacam üzünə tüpürmədiyim adamların efirdə məcbur(tfu!) şit zarafat, düşük mövzülar birdəki gülümsə efirdə məcbur yazacam dövlətə yaltaq mahnı, yazacam reklama alçaq mahnı yazacam əyləncəli, şən mövzülu dingildədən axmaq mahnı verəcəm radiolarakı yüz dəfə verin hər gün özüm öz mahnıma səs verəcəm münsiflər heyəti mənə inanın(nola-a-r!) məni çıxartmayın gedəcəm yüz, super salon dəyişəcəm geyimimi, tərzimi dəyişəcəm dəlləyi, dərzimi dəyişəcəm qəlbimi, nəbzimi çəksin kanallar, uşaq evində pulsuz konsert verirəm bəs onda niyə çəksin kanallar?! bunu onlarsızda eləmək olar əsas uşaqlar yazacam replərim olacaq dillər əzbəri beatlərim oynadacaq belləri baş əyəcəm qarşısında sərxoş kişilərin fahişələrinin deyəcəm hər gün efirdə-ə-n sevirəm səni ey əziz ölkəm ey əziz pərəstişkarlarım, 666 mənim sms nömrəm Nəqarət 2x Hara gedir mənim ölkəm bu gedişnən bilmirəm mən, amma yenədə ümüd vaar Smslər dünyanı xilas edəcək! Nəyi yazmaq olar bildik, bəs nəyi yazmaq olmaz(hə?) yazmaq olmaz problemlərdən bu ölkədə hər şey yaxşıdı yaz bu ölkədə olmaz?deməli yazmayacam yolum ulduz yoludur azmayacam olmaz?(baş üstə) deməli yazmayacam yolum ulduz yoludur azmayacam yazmayacam qaçqın çadırlarındakı suya həsrət yetim uşaqlardan yazmayacam Qarabağ əlillərinin dilənməyindən, gecə ehtiyacdan yazmayacam verlişlərimiz düşükdür çoxu sonra ora məni çağırmazlar yazmayacam seçimdə pulnandı yarışlar axı sonra götürməzlər yazmayacam rüşvətdən yazmayacam saxta seçkilərdən yazmayacam başı boş gənclikdən yazmayacam ardan içkilərdən yazmayacam Bakı-Ceyhandan bizə qalan oldu yer altı keçidlər yazmayacam kimlər nə qədər pul verib adları sildilər uçotdan yazmayacam meymunlar ölkəsində ancaq eşşəklərin var hörməti yazmayacam boş verlişlərlə yuxusunu uzatmışıq millətin yazmayacam oğlanların beynində ancaq qızları bişirməkdi yazmayacam futbolçular qışqırır qələbə, qələbə hesab eyni yazmayacam qızlar məktəb adıynan həyatlarını barlarda çürüdür yazmayacam H.O.S.T radikal təşkilatdı repiylə siyasətini yürüdür yazmayacam cəmiyyətimizi bir torbaya yığıb bastırardım diri-diri yazacam Azərbaycana eşq olsun sevinc göz yaşlarım iri-iri Nəqarət 2x Hara gedir mənim ölkəm bu gedişnən bilmirəm mən, amma yenədə ümüd vaar Smslər dünyanı xilas edəcək!
Другие тексты и слова песен H.O.S.T
Не нашли текст песни? Спроси на форуме! Поможем!