MP3:Тексты.Ру

Тексты и слова песен

H.O.S.T - Prelud, аккорды, текст и слова песни



Əvvəlcə Allahdan həyat istədim 

O mənə qaranlığı verdi 

Sonra Allahdan işıq istədim 

Həmin gün mən doğuldum 

Amma bu işıq çox parlaq oldu 

Və mən qorxdum,ağlamağa başladım 

Allaha yalvardım ki,məni qorusun 

Elə həmin dəqiqə anam məni qucaqladı 

Və mən sakitləşdim,sonra Allaha şükür
elədim 

Onda Allah mənim gözlərimi açdı 

Başladım gülməyə,sonra
böyüməyə 

Hər kəs kim,və bir gün,bir gün 

Allahdan xoşbəxtlik istədim 

Amma səs gəlmədi 

Yenə dua etdim,yenə də xoşbəxtlik
gəlmədi 

Onda anladım ki,xoşbəxtliyimi özüm tapmalıyam


Və başladım axtarmağa 

Gücdə,şöhrətdə,qızılda,kitab
da,elmdə 

Hər yeri gəzdim,dolaşdım 

Hər kəsdən soruşdum 

Amma hər dəfə insanlar mənə səhv yolu
göstərdilər 

Və hər dəfə xoşbəxtlik
sandığım qapıları 

Var gücümlə döyəndə 

Qapıları açan olmadı 

Açılanlarda da xoşbəxtlik olmadı 

Tapa bilmədim və yorulub başladım qayıtmağa 

Yolda qoca,müdrik bir dərvişlə rastlaşdım 

Və dedim : Xoşbəxtlik yoxdu 

O isə dedi : Sən onu qıraqda axtarırdın 

Amma xoşbəxtlik sənin içindədir 

Mən inanmadım,onda dərviş əlimi
götürdü 

Və sinəmə qoydu 

Dedi : Qulaq as,döyüntünü eşidirsən 

Bu sənin xoşbəxtliyindir qapını döyür


Elə isə aç qapını... 



İllər keçər ağrılar bir gün
mənə yuxu kimi gələr unudular 

Hər acı,hər kin düşmənlər olar
uşaqlıq dostu 

Ya da uzaq tanış,dalaş-barış 

Hər nağılın sonu başqa bir
nağılın başlanğıcı 

Dəyişmir heçnə,dəyişən bircə
divar təqvimimdəki yarpaqlar 

Mən sularda tənha dənizçi,sən toruma
düşmüş qızıl balıq 

Həyat sınıx-salxağ bir körpü,ciynimdə
çuxan,ayaqlarda çarıq 

Gedirəm neçə qəlbim yurdundan qovuldum
düşmən kimi 

Neçə qəlbə dəvət aldım
getmədim yaşadım gördüm mən insan kimi 

Kitab arası qurudulmuş kəpənəylər kimi 

Neçə ölü gözəllik məni
aldatdı 

Elə gün oldu ölünü də
güldürdü 

Elə gün oldu təlxəyi ağlatdı 

Əhsən deyib güzgüdə əksimə
güc verdim 

Mənə ruh verdiki yenidən qalxım 

Yenidən qalxdım,ayaqlarımın üstündə
özüm durmuşam 

Bugündə mən bitmiş bir payız kimi 

Birinci qarın həsrətində 

Küləylərimi şimaldan saldım 

Buz şəhzadəm qismətimdə 

Kaş bir günü qeybətsiz başa vuraq 

Kaş bir gecə kabussuz yata bilək 

Kaş vurulaq,sevilək sevgisi bitəndə 

Biz də sevgini keçmişə ata bilək 

Əl verin mənə dar günə xilasgar ip verin 

Məni içimdən alacaq yol verin 

Mənə yoldaşı çox olan dost verin 

Məni qardaş çağıracaq gün verin 

Mənə dünəndan fərqli güc verin
gücsüzləri qoruyum 

Söz verin mənə qəlbinizdəki qorxu
bataqlığı bir gün qurucacaq 

Dən verin ağ göyərçinlərə
pəncərələrinizə dadansınlar 

İmkan verin içinizdəki tələlər
qəfəslər parçalansınlar 

Azadlıq qarışsın qoy hər
nəfəsə hər ürək alovlansın 

Bugün elə bir şey edin ki,bir ildə on ildə
keçsədə yadda qalsın...
Другие тексты и слова песен H.O.S.T

Не нашли текст песни? Спроси на форуме! Поможем!


Список исполнителей по буквам

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
1 2 3 4 5 6 7 8 9